...

Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi

İdman Materials 30 Mart 2020 17:32 (UTC +04:00)
Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi

Bakı. Trend:

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.

Trend-in məlumatına görə, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.

Qeyd edilir ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib.

Xatırladaq ki, “COVID-19” koronavirusuna görə Yaponiya hökuməti ilə BOK arasında əldə edilən razılaşmaya əsasən “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti