Bakı. Trend:
Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen "Magnus Carlsen Invitational" onlayn-superturnirinin finalında amerikalı Hikaru Nakamura üzərində qələbə qazanıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, final oyunu 2,5:1,5 hesabı ilə yükunlaşıb.
Beləliklə, M.Karlsen özünün təşkil etdiyi onlayn-superturnirin qalibi olub.
Qeyd edək ki, turnirin mükafat fondu 250 min dollar olub. M.Karlsen turnirin qalibi kimi 70 min dollar qazanıb.