...

Millətlər Kuboku: Teymur Rəcəbov ilk qələbəsini qazanıb

İdman Materials 9 May 2020 21:21 (UTC +04:00)
Millətlər Kuboku: Teymur Rəcəbov ilk qələbəsini qazanıb

Bakı. Trend:

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster T.Rəcəbov mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında - turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.

Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti