...

Geydji Fergüsonu məğlub etdi və Nurməhəmmədovla döyüşəcək

İdman Materials 10 May 2020 09:47 (UTC +04:00)
Geydji Fergüsonu məğlub etdi və Nurməhəmmədovla döyüşəcək

Bakı. Trend:

Qarışıq döyüş növləri üzrə amerikan idmançısı Castin Geydji texniki nokautla həmyerlisi Toni Fergüsona müvəqqəti UFC çevpionu adı uğrunda yarışda qalib gəlib.

Trend-in məlumatına görə, UFC 249 turniri ABŞ-ın Ceksonvil şəhərində keçirilib.

Yüngül çəki dərəcəsində (70.3 kg qədər) döyüş 5-ci raundda dayandırılıb.

Toni Fergüson ümumilikdə 29 döyüş keçirib, 25-də qalib, 4-də isə məğlub olub. Castin Geydji 24 döyüş keçirib, 22 döyüşdə qalib gəlib və iki dəfə məğlub olub.

Turnirin növbəti döyüşü Castin Geydji və Həbib Nurməhəmmədov arasında keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti