...

Maqnus Karlsen "Clutch Chess International" onlayn-turnirin qalibi olub

İdman Materials 15 İyun 2020 07:13 (UTC +04:00)
Maqnus Karlsen "Clutch Chess International" onlayn-turnirin qalibi olub

Bakı. Trend:

Şahmat üzrə hazırkı dünya çempionu norveçli Maqnus Karlsen "Clutch Chess International" onlayn-turnirinin finalında amerikalı Fabiano Karuana üzərində qələbə qazanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, final oyunu 9,5:8,5 hesabı ilə yükunlaşıb.

Bildirilir ki, final yolunda M.Karlsen amerikalı Ceffri Cyun və erməni Levon Aronyanı məğlub edib, F.Karuana isə ABŞ-ı təmsil edən Lenyer Dominges və Uesli So üzərində qələbə qazanıb.

Qeyd edək ki, turnirin mükafat fondu 265 min dollar olub. M.Karlsen turnirin qalibi kimi 75 min dollar qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti