...

"Liverpul" 30 ildən sonra futbol üzrə İngiltərə çempionu oldu

İdman Materials 26 İyun 2020 05:32 (UTC +04:00)
"Liverpul" 30 ildən sonra futbol üzrə İngiltərə çempionu oldu

Bakı. Trend:

"Liverpul" futbol klubu İngiltərə Futbol Çempionatının qalıbı olub.

Trend-in məlumatına görə, ikinci yerdə olan "Mançester Siti" 31-ci turun oyununda "Çelsi" yə 1:2 hesabı ilə məğlub olub və Yurqen Kloppun komandasına çatmaq şansını itirib.

Beləliklə, "Liverpul" turnirin bitməsindən 7 tur əvvəl İngiltərə Premyer Liqasının çempionu oldu.

Hazırda "Liverpol"un 86 xal, "Mançester Sitinin" 63 xalı var. "Liverpul" komandası 19 qat milli çempion oldu. Axırıncı dəfə o 1989/90 il mövsümündə birinci pilləyə yüksəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti