...

“Trabzonspor”a yeni baş məşqçi təyin edilib

İdman Materials 3 Avqust 2020 15:10 (UTC +04:00)
“Trabzonspor”a yeni baş məşqçi təyin edilib

Bakı. Trend:

“Trabzonspor” klubunun yeni baş məşqçisi məlumdur.

Trend-in məlumatına görə, Qara dəniz təmsilçisi Eddi Nyuton ilə razılığa gəlib.

Eddi Nyuton bundan əvvəl əsas komandada məşqçi vəzifəsində çalışıb. Baş məşqçi Hüseyn Şimşirin istefaya göndərilməsindən sonra "Trabzonspor" onun rəhbərliyi altında Türkiyə kubokunun finalında "Alanyaspor"a 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Eddi Nyuton ilk dəfə baş məşqçi kimi çalışacaq. O,“Trabzonspor”dan öncə “Çelsi”və “Vest Bromviç”də köməkçi kimi çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti