...

AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)

İdman Materials 15 Avqust 2020 13:27 (UTC +04:00)
AFFA  kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)

Bakı. Trend:

15 avqust 2020-ci il tarixdə AFFA-nın və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunun Ramana qəsəbəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı ərazidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilmişdir.

Trend-in məlumatına görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində Xankəndi, Şuşa və Kəlbəcərdən olan 50 uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev iştirak etmişdir. Bu layihə üzrə tədbirlərin məcburi köçkünlərin məskunlaşdığı digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti