...

Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub

İdman Materials 26 Yanvar 2021 22:41 (UTC +04:00)
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub

Bakı. Trend:

Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.

Trend-in məlumatına görə, bu barədə London komandasının mətbuat-xidməti bildirib.

Məlumata əsasən, müqavilə 1,5 il müddətinə bağlanıb. Bu vəzifədə o Frenk Lempardı əvəz edib.

Qeyd edək ki, cari mövsümdə klub 19 turun nəticələrinə əsasən 29 xalla İngiltərə çempionatında doqquzuncu sırada yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti