...

"Barselona" 2007-ci ildən ilk dəfə çempionlar Liqasının 1/4 finalına çıxa bilmədi

İdman Materials 11 Mart 2021 02:17 (UTC +04:00)
"Barselona" 2007-ci ildən ilk dəfə çempionlar Liqasının 1/4 finalına çıxa bilmədi

Bakı. Trend:

Fransanın "PSJ" futbol klubu öz meydançasında ispan "Barselona"sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsi oyununda 1:1 hesabı ilə heç-heçə edib.

Trend TASS-a istinadən xəbər verir ki, qolları meydan sahiblərinin tərkibində Kilian Mbappe (31-ci dəqiqə, penaltidən), digər tərəfdən isə Lionel Messi (37) vurublar.

"PSJ"nin 1/4 finaldakı rəqibi 19 martda keçiriləcək püşkatma nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, "Barselona" ​​2006/07 mövsümündən ilk dəfə Çempionlar Liqasının dörddəbir finalına çıxa bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti