...

"İnter" 2010-cu ildən bəri ilk dəfə İtaliya çempionu oldu

İdman Materials 2 May 2021 19:19 (UTC +04:00)
"İnter" 2010-cu ildən bəri ilk dəfə İtaliya çempionu oldu

Bakı. Trend:

Milan şəhərinin "İnter" futbol klubu 2010-cu ildən bəri ilk dəfə İtaliya çempionu olub.

Trend-in məlumatına görə, çempionatın sonuna 4 tur qalmış Antonio Kontenin rəhbərlik etdiyi komanda rəqibləri üçün əlçatmaz mövqedə qərarlaşıb.

Belə ki, 34-cü tur çərçivəsində "Sassuolo" və "Atalanta" qarşılaşması 1:1 hesabı ilə bitib və "Atalanta" 69 xalla ikinci yerdə qərarlaşıb. Bununla da "Atalanta" 82 xala malik “"İnter"dən 13 xal geridə qalıb.

Qeyd edək ki, "İnter" sonuncu dəfə 2009/10 mövsümündə İtaliya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti