...

GİF İcra Komitəsinin üzvü Dünya Yaş Qrupları Yarışlarının möhtəşəm təşkilinə görə AGF-yə təşəkkür edib

İdman Materials 21 May 2021 17:03 (UTC +04:00)
GİF İcra Komitəsinin üzvü Dünya Yaş Qrupları Yarışlarının möhtəşəm təşkilinə görə AGF-yə təşəkkür edib

Bakı. Trend:

Beynəlxalq Gimnastika Federasiyası (GİF) İcra Komitəsinin üzvü Ali Al-Hitmi Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının möhtəşəm təşkilinə görə Azərbaycan Gimnastika Federasiyasına (AGF) təşəkkür edib.

Trend xəbər verir ki, o bildirib:

"Xanımlar və cənablar!

Beynəlxalq Gimnastika Federasiyası (FIG) adından yarışın bütün iştirakçılarını bu gözəl şəhərdə - Bakıda salamlamaq istəyirəm.

Mövcud pandemiya şəraitində, Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının möhtəşəm təşkilinə və qonaqpərvərliyə görə Yerli Təşkilat Komitəsinə və Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm.
Hamıya möhkəm can sağlığı və uğurlar arzu edirəm.

Həmçinin hamının adından, bütün könüllülərə gördükləri böyük işə görə minnətdaram.

Hər kəsə təşəkkürlər və uğurlar.

Bununla da, Bakıda keçirilən Aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları yarışlarını açıq elan edirəm!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti