...

Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının təntənəli açılış mərasimi keçirilib (FOTO)

İdman Materials 27 May 2021 17:33 (UTC +04:00)
Bakıda aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının təntənəli açılış mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasim zamanı idmançıların təmsil etdiyi ölkələrin bayraqları zala gətirilib. Azərbaycanın dövlət himni səsləndirilib.

İdmançılar, hakimlər və məşqçilər adından andlar səsləndirilib. İdmançıların adından Azərbaycan gimnastı Akif Kərimli and içib.

Daha sonra "Ürəyin baxışı" adlı rəqs proqramı təqdim edilib. "Ay Laçın" xalq mahnısının sədaları altında icra olunan rəqs kompozisiyasını Pakizə Səmədova, Ülviyyə Qarayeva, Zərifə Babayeva, Elvina Əliyeva, Nəzrin Mustafayeva, Kamran Zeynalov və İsmayıl Musayev təqdim edib.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

3 gün davam edəcək çempionatda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans və aero step proqramlarında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Azərbaycanı yarışlarda Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Nurcan Cabbarlı, Akif Kərimli, Elçin Məmmədov və Mədinə Mustafayeva təmsil edir.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti