...

Tokioda daha iki idmançı koronavirusa yoluxub

İdman Materials 22 İyul 2021 14:21 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Tokioda Yay Olimpiya oyunlarında iştirak edən iki slovakiyalı idmançı koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Slovakiya Milli Olimpiya Komitəsi bildirib.

Həmin idmançıların adı və məşğul olduqları idman növü hələlik açıqlanmır. İdmançılar iki həftə müddətinə karantinə alınıb.

Qeyd edək ki, son bir neçə gün ərzində 10-dan çox idmançı və heyət üzvündə koronavirusa yoluxma aşkarlanıb.

Tokio-2020 Yay Olimpiya oyunlarının açılış mərasimi avqustun 23-də keçiriləcək. Yarışlar avqustun 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti