...

PSV 12-ci dəfə Niderland Super Kubokunun qalibi olub

İdman Materials 8 Avqust 2021 01:48 (UTC +04:00)
PSV 12-ci dəfə Niderland Super Kubokunun qalibi olub

Bakı. Trend:

Niderland Super Kuboku çərçivəsində PSV ilə "Ayaks" klubları qarşılaşıb.

Trend-in məlumatına görə, Amsterdamda yerləşən "Yohan Kroyf Arena"da keçirilən görüş PSV-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Noni Madueke (2-ci və 29-cu dəqiqələr), Yorbe Vertessen (76) və Mario Götze (89) vurublar.

Bu qələbə sayəsində PSV 12-ci dəfə Niderland Super Kubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti