...

Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

İdman Materials 31 Avqust 2021 02:22 (UTC +04:00)
Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb

Bakı. Trend:

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi - “Aimchess USRapid” turnirinin təsnifat mərhələsinin son 5 turunun oyunları keçirilib.

Trend xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov günün ilk qarşılaşmasında – 11-ci turda hindistanlı Santoş Viditlə heç-heçə edib, növbəti turda vyetnamlı Le Quanq Liemə uduzub. On üçüncü turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən şahmatçımız sonrakı turda rusiyalı Daniel Naroditskiyə qalib gəlib. Şahmatçımızın ABŞ təmsilçisi Erik Hansen ilə keçirdiyi son qarşılaşmasında da heç-heçə qeydə alınıb.

On beş turda 9 xal toplayan şahmatçımız 6-cı yerdə qərarlaşıb. Bununla da Ş.Məmmədyarov turnirin səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Turnir sentyabrın 5-dək davam edəcək. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti