...

Paralimpiya Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb (FOTO/VİDEO)

İdman Materials 31 Avqust 2021 12:36 (UTC +04:00)
Paralimpiya Oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.

İdmançımız sərbəst üsulla 100 metr üzməkdə 1-ci yerə yiyələnib. O, daha öncə 100 m məsafəyə arxası üstə üzməkdə qalib gəlmişdi.

Bununla da Azərbaycan yığmasının qızıl medallarının sayı 10-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti