...

Dünya çempionu Karlsen Stavanger şahmat turnirində qalib oldu

İdman Materials 18 Sentyabr 2021 02:31 (UTC +04:00)
Dünya çempionu Karlsen Stavanger şahmat turnirində qalib oldu

Bakı. Trend:

Şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsen son turda rusiyalı Yan Nepomnyaşini məğlub edərək ölkəsində keçirilən turnirin qalibi olub.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, 10 turun nəticələrinə görə, Karlsen 19,5 xal toplayıb. İkinci və üçüncü yerlərdə fransız Alireza Firouzdja və macar Rixard Rapport qərarlaşıblar.

Stavanger turniri sentyabrın 7-dən 17-dək keçirilib. Birinci yeri tutan Karlsen daha əvvəl - 2016, 2019 və 2020-ci illərdə bu turnirin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti