Bakı. Trend:
Rusiyanın "Spartak" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyununda səfərdə İtaliya "Napoli"sini 3:2 hesabı ilə məğlub ediblər.
Qolları"Napoli" tərəfdən Elif Elmas (11-ci saniyə), Viktor Osimen (90+4-cü dəqiqə), "Spartak"dan isə Qvinsi Promes (55; 90), Mixail İqnatov (80) vurublar.
İki turdan sonra qrupda "Legia" 6 xalla liderdir. "Spartak" 3 xalla ikincidir. Üçüncü və dördüncü yerləri hərəyə bir xalı olan "Leicester" və "Napoli" bölüşür.
Oktyabrın 20-də keçiriləcək növbəti qrup mərhələsi matçında "Spartak" "Lester"i qəbul edəcək.