Bakı. Trend:
UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Avstriyanın "Şturm" klubu Fransanın "Monako" klubunu qəbul edib.
Trend-in məlumatına görə, oyun 1:1 hesabı ilə başa çatıb. Oyunda qolları Kevin Folland və Yakob Yançer vurublar.
B qrupunun digər matçında "Real Sosyedad" öz meydanında PSV-ni 3:0 hesabı ilə məğlub edib. Oyunda qollardan ikisini Mikel Oyarsabal, birini isə Aleksandr Serlot vurub.
Beləliklə, 12 xalla qrupda birinci yeri tutan Monako və 9 xalla ikinci yerdə qərarlaşan "Real Sosyedad" Avropa Liqasının pley-offuna vəsiqə qazanıblar.