...

“Milan” Jirunun qolları sayəsində “İnter”dən üstün olub

İdman Materials 5 Fevral 2022 23:36 (UTC +04:00)
“Milan” Jirunun qolları sayəsində “İnter”dən üstün olub

Bakı. Trend:

Fevralın 5-də futbol üzrə İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşması keçirilir.

Trend xəbər verir ki, “Cuzzepe Meazza” stadionunda baş tutan görüşdə iki əzəli rəqib - “İnter” və “Milan” komandaları qarşılaşıb.

Gərgin keçən derbidə "Milan" klubu əzmkar qələbə qazanıb - 1:2.

"İnter"in heyətində qolu 38-ci dəqiqədə Hakan Çalxanoğlu, "Milan"ın hər iki qolunu isə 78-ci və 80-ci dəqiqələrdə Olivye Jiru vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti