...

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək nümayəndə heyəti rəhbərlərinin onlayn görüşü keçirilib (FOTO)

İdman Materials 11 Fevral 2022 15:44 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək nümayəndə heyəti rəhbərlərinin onlayn görüşü keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Fevralın 11-də batut gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətlərinin rəhbərləri ilə onlayn görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə çıxış edib.

Qeyd edək ki, Batut Gimnastikası üzrə Dünya kuboku fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir, Azərbaycanı yığma komandanın üzvü Selcan Maqsudova təmsil edəcək.

Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti