...

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun birinci günü start götürüb (FOTO)

İdman Materials 12 Fevral 2022 11:48 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun birinci günü start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Fevralın 12-də Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun birinci günü start götürüb.

Trend-in məlumatına görə, yarışların birinci günündə kişi və qadınlar arasında fərdi proqramda və sinxron cütlüklərdə təsnifat mərhələsi keçiriləcək.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək. Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti