...

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun yarımfinalına vəsiqə qazanan gimnastlar məlum olub

İdman Materials 12 Fevral 2022 16:53 (UTC +04:00)
Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun yarımfinalına vəsiqə qazanan gimnastlar məlum olub

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları çərçivəsində kişilər arasında fərdi proqramda ikinci təsnifat mərhələsinə (yarımfinal) vəsiqə qazanan gimnastlar müəyyənləşib.

Trend-in məlumatına görə, sabah keçiriləcək ikinci təsnifat mərhələsinə 16 idmançı - Belarus təmsilçiləri İvan Litvinoviç, Oleq Ryabtsev, Andrey Buylov; Rusiyadan olan gimnastlar Kirill Kozlov, İlya Kurbanov və Maksim Tanovitski; Portuqaliyalı idmançılar Dioqo Abreu və Pedro Ferreyra; Qazaxıstan təmsilçiləri Danil Musabaev, Roman Barkov, Yerlan Tasmaqambetov; Amerikalı gimnast Kody Gesuelli; Türkiyədən idmançılar Gürkan Mutlu, Hüseyn Engin Yontucu və Emre Yağmur; İsveç nümayəndəsi Maans Eberg çıxıblar.

Xatırladaq ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək.

Yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. Dünya kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti