...

Azərbaycan Gimnastika Federasiyasına Dünya Yaş Qrupları yarışlarını təşkil etdikləri üçün təşəkkür edirəm - FIG-in İcra Komitəsinin üzvü

İdman Materials 3 Mart 2022 10:29 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasına Dünya Yaş Qrupları yarışlarını təşkil etdikləri üçün təşəkkür edirəm - FIG-in İcra Komitəsinin üzvü

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyasına akrobatika gimnastikasının gələcəyi hesab olunan Dünya Yaş Qrupları yarışlarını təşkil etdikləri üçün təşəkkür edirəm.

Trend xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü Youssef Al-Tabbaa Bakıda akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarının açılış mərasimində çıxışı zamanı deyib.

İcra Komitəsinin üzvü bildirib:

"Sabahın xeyir, Bakı!

Əziz idmançılar, məşqçilər və hakimlər,

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe adından açılış mərasimində çıxış etmək mənim üçün böyük bir şərəfdir.

İlk öncə mən ölkə rəhbərliyinə və Azərbaycan Gimnastika Federasiyasına akrobatika gimnastikasının gələcəyi hesab olunan Dünya Yaş Qrupları yarışlarını təşkil etdikləri üçün təşəkkür edirəm.

Mən hamıdan ədalətli yarış və hakimlik prinsiplərinə sadiq qalmalarını xahiş edirəm.

Mən həmçinin, Beynəlxalq Gimnastika Federasiyasının heyətinə, yerli təşkilat komitəsinə, könüllülərə və bu tədbirin uğurla təşkil olunmasında əməyi keçən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.

Bütün iştirakçılara uğurlar arzulayaraq, akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları yarışlarını açıq elan edirəm!

Çox sağ olun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti