...

Azərbaycan təşkilat komitəsinə Akrobatika gimnastikası üzrə dünya çempionatının keçirilməsində göstərdiyi səylərə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm - Vatanabe

İdman Materials 10 Mart 2022 11:21 (UTC +04:00)
Azərbaycan təşkilat komitəsinə Akrobatika gimnastikası üzrə dünya çempionatının keçirilməsində göstərdiyi səylərə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm - Vatanabe

Bakı. Trend:

Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Morinari Vatanabe Akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatının
açılış mərasimində deyib.

"Hər kəsi salamlayıram!

Sizi Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya Çempionatında gördüyümə çox şadam. Hazırkı vəziyyət heç də asan deyil.

Son günlər dünyada baş verən ürəkağrıdan hadisələr və bundan əziyyət çəkən insanlara görə dərin təəssüf və kədər hissi keçirirəm. Ümid edirəm ki, bütün insanların sağlam və sülh şəraitində yaşayacağı gün tezliklə gələcək.

Qlobal pandemiyanın hökm sürdüyü və müharibə ilə üzləşən bir qitədə Dünya Çempionatının keçirilməsi böyük məsuliyyətdir.

Lakin, seçim şansımız yoxdur və biz ciddi tədbirlərə riayət etməliyik.

Bilirəm ki, bu, idmançılar və rəsmilər üçün daha çox təzyiqə səbəb olacaq. Lakin sizin dostluq və həmrəyliyimizi bütün dünyaya nümayiş etdirəcəyinizə inanıram.

Sonda, yerli təşkilat komitəsinə, könüllülərə və bu tədbirin həyata keçirilməsində əməyi olanlara göstərdikləri səylərə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

İndi isə, Bakıdakı 28-ci Dünya Çempionatının açıq elan olunması şərəfinə nail oluram", - M.Vatanabe deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti