Bakı. Trend:
Trend-in məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini Mariana Vasileva idman gimnastikası üzrə FIG Dünya Kuboku AGF Trophy yarışlarının açılış mərasimində deyib.
"Əziz idmançılar, hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya kubokunda görməyə çox şadam!
Gimnastikanın ən maraqlı növlərindən biri olan idman gimnastikası ölkəmizdə çox sevilir və bu növ Olimpiya Oyunlarında da böyük maraqla qarşılanır.
Dünya Kubokuna 34 (otuz dörd) ölkədən 145 (yüz qırx beş) gimnast toplaşıb. Gənclər və İdman Nazirliyi adından hər kəsə uğurlar, möhkəm sağlamlıq, yeni qələbələr arzu edirəm.
İdman gimnastikası üzrə Dünya kubokunu açıq elan edirəm!", - deyə M.Vasileva çıxışını yekunlaşdırıb.