...

Bakıda keçirilən İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan gimnastlarının nəticələri (FOTO)

İdman Materials 31 Mart 2022 14:58 (UTC +04:00)
Bakıda keçirilən İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan gimnastlarının nəticələri (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun birinci günündə Azərbaycan gimnastları İvan Tixonov, Milana Minakovskaya və Samirə Qəhrəmanova öz proqramlarını təqdim ediblər.

Trend-in məlumatına görə, İvan Tixonov kişilər arasında paralel qollarda hərəkətinə görə 13,933 xal yığaraq üçüncü keçid yerində qərarlaşıb.

Qadınlar arasında müxtəlif hündürlüklü qollarda hərəkətlərdə Milana Minakovskaya 10,366 xalla 20-ci keçid yerini, dayaqla tullanma hərəkətlərində Samirə Qəhrəmanova 12,166 xalla 17-ci keçid yerini tutub.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti