...

Tamaşaçı emosiyası yarışlar vaxtı idmançılara çox kömək olur - AGF-nin idman direktoru

İdman Materials 31 Mart 2022 16:57 (UTC +04:00)
Tamaşaçı emosiyası yarışlar vaxtı idmançılara çox kömək olur - AGF-nin idman direktoru
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Biz çox şadıq ki, Milli Gimnastika Arenasında keçirilən yarışlarda tamaşıçar iştirak edir, çünki bu mühit, tamaşaçı emosiyası idmançılara yarışlar vaxtı çox kömək olur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman direktoru Natalya Bulanova deyib.

O qeyd edib ki, AGF artıq altıncı dəfədir ki, idman gimnastikası üzrə Dünya Kubokunu təşkil edir.

"Bu yarışların keçirilməsi bizim üçün ənənəyə çevrilib. Bu Dünya Kubokunda 34 ölkədən 145 idmançı iştirak edir. İştirakçı sayının bu qədər çox olması bizi sevindirir, biz onları Bakıda qəbul etməkdən məmnunuq", - N.Bulanova deyib.

Baş direktor əlavə edib ki, Azərbaycan gimnastları Dünya Kubokunun əvvəlki mərhələlərində yaxşı nəticələr göstərib və finala çıxıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dördgünlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti