...

Azərbaycan gimnastları İvan Tixonov və Nikita Simonov Dünya Kubokunda finala yüksəlib (FOTO)

İdman Materials 31 Mart 2022 18:05 (UTC +04:00)
Azərbaycan gimnastları İvan Tixonov və Nikita Simonov Dünya Kubokunda finala yüksəlib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan gimnastları İvan Tixonov və Nikita Simonov finala yüksəlib.

Trend-in məlumatına görə, İvan Tixonov kişilər arasında paralel qollarda hərəkətinə görə 13,933 xal yığaraq finalçılar arasında səkkizinci yeri tutub. Nikita Simonov isə halqalarla hərəkətlərdə 14,266 xal yığaraq altıncı olub.

Ümumi olaraq, finala 8 nəfər vəsiqə qazanıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti