...

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku çox yaxşı keçirilir – Finlandiya idmançısı

İdman Materials 1 Aprel 2022 00:21 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku çox yaxşı keçirilir – Finlandiya idmançısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastika üzrə FIG Dünya Kuboku çox yaxşı keçirilir.

Bu barədə Trend-ə yarışın iştirakçısı, Finlandiya idmançısı Maysa Kuusikko deyib.

"Milli Gimnastika Arenasında çox yaxşı gimnastika alətləri var, zalın özü də böyük və işıqlıdır, ona görə də burada özünü rahat hiss edirsən. Hər şey əladır, təşkilatçılar idmançıların rahatlığı üçün hər şeyi ediblər", - deyə o vurğulayıb.

Maysa Kuusikkonun kubokun finala yüksəlməsinə baxmayaraq, onun fikrincə, o daha yaxşı çıxış edə bilərdi:

"Bu gün o qədər də mənim günüm olmayıb və ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəm. Deyim ki, yarışa hazırlıq yaxşı keçdi, alətləri sınamağa, proqramı işləməyə vaxtım olub".

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti