...

Bakıda keçirilən İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan gimnastlarının nəticələri (FOTO)

İdman Materials 1 Aprel 2022 13:46 (UTC +04:00)
Bakıda keçirilən İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda Azərbaycan gimnastlarının nəticələri (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci günündə Azərbaycan gimnastları İvan Tixonov, Milana Minakovskaya və Samirə Qəhrəmanova öz proqramlarını təqdim ediblər.

Trend-in məlumatına görə, İvan Tixonov kişilər arasında turnikdə hərəkətinə görə 13,366 xal yığaraq altıncı keçid yerində qərarlaşıb.

Qadınlar arasında sərbəst hərəkətlərdə Samirə Qəhrəmanova 11,566 xalla beşinci keçid yerini, Milana Minakovskaya 10,600 xalla yeddinci keçid yerini tutub.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edir.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti