...

Azərbaycan gimnastı Dünya Kubokunda daha iki növdə çıxış edib (FOTO)

İdman Materials 1 Aprel 2022 17:52 (UTC +04:00)
Azərbaycan gimnastı Dünya Kubokunda daha iki növdə çıxış edib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci günündə Azərbaycan gimnastları İvan Tixonov daha iki proqramda hərəkətlərini təqdim edib.

Trend-in məlumatına görə, gimnast dəstəli at üzərində hərəkətlərdə 13,466 xal yığaraq 16-cı, dayaqla tullanmada 13,866 xal yığaraq 13-cü yeri tutub. Bu gün o, turnikdə hərəkətinə görə 13,366 xal yığaraq 11-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən gün təsnifatın nəticələrinə görə, İvan Tixonov paralel qollarda, Nikita Simonov halqa ilə hərəkətlərdə finala yüksəlmişdi.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edir.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti