...

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku çox maraqlı keçir - Tamaşaçı

İdman Materials 2 Aprel 2022 17:05 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kuboku çox maraqlı keçir  - Tamaşaçı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku çox maraqlı davam edir.

Bunu Trend-ə yarışların tamaşaçı Həcər Abdullayeva deyib.

"Yarışlar çox maraqlı keçir, mühit çox gözəldir. Tamaşaçılar idmançıları fəal şəkildə dəstəkləyir. Əlbəttə ki, biz öz gimnastlarımız, İvan Tixonov və Nikita Simonova azarkeşlik edirik" - deyə o bildirib.

H.Abdullayeva idman gimnastikasında ən çox gimnastika tiri üzərində hərəkətləri bəyəndiyini deyib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqlı tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edir.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş Dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək Dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti