...

Bakıda AGF Trophy və FIG kuboklarının təqdimetmə mərasimi keçirilib (FOTO)

İdman Materials 2 Aprel 2022 16:49 (UTC +04:00)
Bakıda AGF Trophy və FIG kuboklarının təqdimetmə mərasimi keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı - AGF Trophy Kubokunun təqdimetmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, AGF Trophy mükafatı Valentina Georgieva (Bolqarıstan) və İoan Jimşeleişviliyə (Gürcüstan) verilib.

Həmçinin, Dünya Kubokunun dörd mərhələsində göstərilən üç ən yaxşı nəticəyə görə gimnastlar FIG kubokuna layiq görülüblər.

FIG Kubokuna İsrail gimnastı Artyom Dolqopyat (sərbəst hərəkət), ukraynalı atlet İlya Kovtun (paralel qollar), özbəkistanlı gimnast Oksana Çusovitina (dayaqlı tullanma) və ukraynalı atlet Daniela Batrona (gimnastika tiri) layiq görülüblər.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti