...

Yarışdakı nəticəmdən razı qaldım - Azərbaycan gimnastı

İdman Materials 2 Aprel 2022 17:33 (UTC +04:00)
Yarışdakı nəticəmdən razı qaldım - Azərbaycan gimnastı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda əldə etdiyim nəticə məni qane etdi.

Bunu Trend-ə azərbaycanlı gimnast, yarışın bürünc mükafatçısı Nikita Simonov deyib.

Xatırladaq ki, Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda halqalarda hərəkətdə üçüncü yeri tutub.

"Bakıda keçirilən dünya çempionatı bu mövsümün dördüncü mərhələsidir və ona görə də bir az çətin oldu. Bu gün proqramı kiçik çatışmazlıqlarla tamamladım, amma ümumilikdə razıyam. Dörd mərhələdə iştirak etdim və hamısında finala yüksəldim. Bu mərhələlər Dünya Çempionatına vəsiqə olduğundan, finala çıxmaq lazım idi. İndi yeni qaydalar var, kombinasiyalar yenidən qurulur, dəyişir, mən onların üzərində işləyəcəyəm və dünya çempionatına hazırlaşacağam”.

N.Simonov əlavə edib ki, əvvəllər müxtəlif gimnastika qurğularında çıxış edirdi, indi isə yalnız halqalarda ixtisaslaşıb.

Gənc azərbaycanlı gimnastlardan danışan N.Simonov hər kəsin ən yaxşı nəticə üçün çalışdığını vurğulayıb.

"Uşaqlar çalışır, böyük idmançılardan nümunə götürürlər, biz də öz növbəmizdə onlara istiqamət veririk. Bakıda çox yaxşı şərait, məşq zalları var, idmanın inkişafı üçün hər cür imkan yaradılıb. Əsas odur ki, istək, cəhd olsun. Əgər gənc idmançılar buna sahib olsalar, hər şey düzələcək!" - deyə azərbaycanlı gimnast fikrini yekunlaşdırıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli Gimnastika Arenasında daha bir mötəbər yarış - kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Yarışda dünyanın 34 ölkəsindən 145 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti