...

Britaniyalı gimnast Dünya Kubokunda turnikdə hərəkətlərdə birinci yeri tutub

İdman Materials 3 Aprel 2022 14:28 (UTC +04:00)
Britaniyalı gimnast Dünya Kubokunda turnikdə hərəkətlərdə birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyadan olan gimnast Co Freyzer Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda turnikdə hərəkətlərdə birinci yeri tutub.

Trend-in məlumatına görə, onun finaldakı çıxışı hakimlər tərəfindən 14.000 xalla qiymətləndirilib.

İkinci yerdə 13,966 balla - Mitçel Morqans (Avstraliya), üçüncü yerdə - proqrama görə hakimlər tərəfindən 13,866 xal alan İlya Kovtun (Ukrayna) qərarlaşıb.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti