...

İspaniya çempionatının bir oyunu ilk dəfə "TikTok"da yayımlanacaq

İdman Materials 9 Aprel 2022 10:46 (UTC +04:00)
İspaniya çempionatının bir oyunu ilk dəfə "TikTok"da yayımlanacaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Futbol Liqasının "TikTok" sosial şəbəkəsi ilə əldə etdiyi razılaşmaya əsasən, ilk dəfə olaraq İspaniya çempionatının matçları "TikTok"da yayımlanacaq.

Trend-in məlumatına görə, matçlar yalnız İspaniya ərazisində əlçatan olacaq.

Sosial şəbəkədə yayımlanacaq ilk matç aprelin 15-də keçiriləcək "Real Sosyedad"-"Real Betis" oyunu olacaq.

Bu görüşdən sonra gələcəkdə də matçların "TikTok"da yayımlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti