...

Bakıda keçirilmiş 2019-cu il dünya çempionatını karyeramda ən yaddaqalan yarışlardan biri kimi xatırlayıram - Latviya gimnastı

İdman Materials 22 Aprel 2022 17:43 (UTC +04:00)
Bakıda keçirilmiş 2019-cu il dünya çempionatını karyeramda ən yaddaqalan yarışlardan biri kimi xatırlayıram - Latviya gimnastı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

İndiyədək Bakıda keçirilmiş 2019-cu il dünya çempionatını xatırlayıram, bu, mənim karyeramda ən yaddaqalan yarışlardan biri idi.

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kubokunun iştirakçısı, Latviya gimnastı Yelizaveta Polstyanaya deyib.

"Bu, mənim Bakıda beşinci çıxışımdır, burada həmişə böyük məmnuniyyətlə çıxış edirəm. Bakıda çox gözəl şərait var və yarışlar qeyri-adi təşkil olunur", - deyə o bildirib

Dünya Kubokundakı çıxışından danışan gimnast proqramını qüsurlarla yerinə yetirdiyini deyib.

"Təəssüf ki, halqa ilə hərəkətlərdə səhvə yol verdim. İndi mövsümün əvvəlidir, bu, mənim ikinci çıxışımdır və bu mərhələdə səhvlər normaldır. Əsas Avropa çempionatına optimal formada yaxınlaşmaqdır", - gimnast deyib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti