...

Arzu Cəlilova və Zöhrə Ağamirova bədii gimnastika üzrə dünya kubokunda finala çıxıb (FOTO)

İdman Materials 22 Aprel 2022 17:56 (UTC +04:00)
Arzu Cəlilova və Zöhrə Ağamirova bədii gimnastika üzrə dünya kubokunda finala çıxıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda davam edən bədii gimnastika üzrə FIG Dünya kubokunun birinci günündə Azərbaycan gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova halqa ilə fərdi hərəkətlərdə finala çıxıb.

Trend-in məlumatına görə, A.Cəlilova 32,050 xalla üçüncü, Z.Ağamirova 31,650 xalla dördüncü yer tutub.

Bundan başqa, A.Cəlilova topla hərəkətlərdə 31,000 xal yığaraq üçüncü yer tutub və finala yüksəlib. Z.Ağamirova bu növdə 12-ci olub.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti