Bakı. Trend:
Bakıda Formula 1 Azərbaycan Qran Prisi davam edir.
Trend xəbər verir ki, yarışları izləmək üçün Bakıya çoxlu sayda məşhur bloger gəlib.
Qonaqlar arasında istirahət və turizm sahəsində tanınmış "Good Life Inc" (GLI) də var.
GLI şəhərlə tanış olub və öz təəssüratlarını sosial şəbəkələrdə bölüşüb.
Qeyd edək ki, "Good Life Inc" 1,3 milyon abunəçiyə malikdir.