Bakı. Trend:
Bakı treki Formula 1-in digər traslarından bir çox cəhətdən fərqlənir.
Avstraliyadan olan azarkeşlər Trend-ə bildiriblər ki, Bakı treki şəhərin düz mərkəzindən keçməsi ilə diqqət çəkir.
"Biz ilk dəfədir ki, Azərbaycan Qran Prisindəyik və MacLaren komandasından Daniel Rikardoya azarkeşlik edirik. Biz təkcə yarışı izləmək deyil, həm də Bakının özünü görməyə nail olduq. Biz insanların qonaqpərvərliyi, görməli yerlər, musiqi və əlbəttə ki, yeməklərdən çox məmnunuq. Bakı trasının gözəlliyi odur ki, bu, ən sürətli küçə halqalarından biridir, xüsusilə də İçərişəhər yaxınlığında, avtomobillərin performansının çox dar ötmələrdə yoxlanıldığı hissədə” - deyə avstraliyalı azarkeşlər bildiriblər.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.