Bakı. Trend:
Parisin “Stade de Frans” stadionunda Fransa millisinin Xorvatiya yığmasını qəbul etdiyi Millətlər Liqasının IV turunun görüşü başa çatıb.
Trend-in məlumatına görə, Xorvatiyalı futbolçular 1:0 hesabı ilə qalib gəliblər.
Hesab matçın lap əvvəlində açılıb. Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç 11 metrlik penaltı zərbəsi ilə fərqlənib.
Beləliklə, Xorvatiya millisi dörd oyundan yeddi xal toplayaraq A Liqasının 1-ci qrupunda ikinci pillədə qərarlaşıb. Fransa cəmi iki xalla turnir cədvəlində axrıncıdır. Turnir cədvəlinə Danimarka komandası başçılıq edir.