...

Azərbaycan cüdoçusu Qran-Pri turnirinin qızıl medalını qazanıb

İdman Materials 15 İyul 2022 21:35 (UTC +04:00)
Azərbaycan cüdoçusu Qran-Pri turnirinin qızıl medalını qazanıb

Bakı. Trend:

Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə Qran-Pri turniri davam edir.

Trend xəbər verir ki, turnirin birinci günündə cüdoçularımızdan Yaşar Nəcəfov uğurla çıxış edib. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda rəqibi İtaliya təmsilçisi Matteo Pirası məğlub edərək Qran-Pri turnirinin qızıl medalını qazanıb.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 69 ölkədən 500-dən çox idmançı mübarizə aparır. Azərbaycanı turnirdə 14 cüdoçu təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti