...

"Barselona" "Sevilya" ilə Kundeni transfer etmək üçün razılığa gəlib

İdman Materials 28 İyul 2022 21:36 (UTC +04:00)
"Barselona" "Sevilya" ilə Kundeni transfer etmək üçün razılığa gəlib

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubu fransalı müdafiəçi Jül Kundenin transferi ilə bağlı "Sevilya" ilə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Rəsmi olaraq futbolçu ilə müqavilənin imzalanması tibbi müayinədən keçdikdən sonra açıqlanacaq.

Bu yay, həmçinin yarımmüdafiəçi Frank Kessye və müdafiəçi Andreas Kristensen azad agent qismində, İngiltərənin "Lids" komandasından yarımmüdafiəçi Rafinya və Almaniyanın "Bavariya" klubunda Robert Levandovski kluba qoşulublar.

Xəbər lenti

Xəbər lenti