...

Bədii gimnastika üzrə Azərbaycan milli komandası hazırda dünyanın ən güclülərindən biridir - Yana Batırşina

İdman Materials 5 Avqust 2022 18:35 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan milli komandası hazırda dünyanın ən güclülərindən biridir - Yana Batırşina
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan milli komandası hazırda dünyanın ən güclülərindən biridir. Bunu iyun ayında Təl-Əvivdə keçirilmiş və Azərbaycan millisinin dörd bürünc medal qazandığı Avropa çempionatı nümayiş etdirdi.

Trend-in məlumatına görə, bunu bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, 1996-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı, Rusiyanın əməkdar idman ustası, 2019-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının səfiri Yana Batırşina deyib.

Xatırladaq ki, Yana Batırşina bu gün Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı bədii gimnastika yarışlarında təmsil edəcək azərbaycanlı idmançıların yoxlama məşqində iştirak edib. Məşq Bakıdakı Milli Gimnastika Arenasında keçirilib.

"Azərbaycan komandasının Avropa çempionatındakı nəticəsi çox yaxşıdır. Xüsusilə qrup hərəkətlərində bütün proqramlarda bürünc medal qazanan Azərbaycan yığmasını qeyd etmək istəyirəm. Həmişə deyirəm ki, Azərbaycanın düzgün istiqamətdə inkişaf edən çox güclü komandası var", - deyə Y.Batırşina bildirib.

O qeyd edib ki, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə Azərbaycan milli komandası çox yaxşı nəticə göstərərək qızıl medallar qazanıb.

"Bu uğuru Türkiyədə təkrarlamağı və mümkün qədər çox medal qazanmağı arzulayıram. Üstəlik, milli komandanın bunun üçün hər cür şansı var. Bu gün məşqdə gənc gimnastlar İlona Zeynalova və Alina Gözəlovanın çıxışlarını ilk dəfə gördüm. Zeynalovanın bədii gimnastikaya başlayanda artıq 11 yaşı var idi, indi isə 15 yaşında olması məni heyrətləndirdi. O, 4 ildə çox iş görüb. Bunun üçün çox istedadlı olmaq lazımdır ki, o da bu gün bunu nümayiş etdirib. Məncə, İlona Zeynalovanın da Alina Gözəlova kimi böyük gələcəyi var”, - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti