Bakı. Trend:
Qılıncoynatma üzrə Azərbaycanın qadın idmançıları V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəliblər.
Trend xəbər verir ki, bütün Azərbaycan idmançıları Valeriya Bolşakova, Palina Kaspiaroviç və Səbinə Kərimova qılıncoynatma üzrə qrup mərhələsini uğurla keçiblər.
Qılıncoynatma üzrə Azərbaycan idmançıları yarımfinalda Türkiyə komandası ilə qarşılaşacaqlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.