...

"Qırışma" futbol turnirin püşkatma mərasimi keçiriləcək

İdman Materials 24 Avqust 2022 16:48 (UTC +04:00)
"Qırışma" futbol turnirin püşkatma mərasimi keçiriləcək

Bakı. Trend:

26 avqust 20.00-da Bakı Su İdmanı Sarayının nəzdində olan Avropa Oyunları Parkında ölkəmizin ən böyük "Qırışma" futbol turnirin püşkatma mərasimi keçiriləcək.

200-dən çox komandanın iştirak edəcəyi bu turnir RDC Group tərəfindən təşkil olunur və AFFA tərəfindən dəstəklənir. Turnirdə yalnız həvəskar oyunçular iştirak edəcək və komandaların ilk mərhələdə kiminlə oynayacağı Bütün futbol həvəskarlarını vaxtlarını səmərəli və əyləncəli keçirmələri üçün musiqi və istirahət zonasının da olacağı tədbirimizə dəvət edirik. İştirak üçün heç bir ödəniş tələb olunmur. Bütün futbolçuları, onlara dəstək olan azarkeşləri və futbol həvəskarlarını tədbirimizdə iştirak üçün dəvət edirik.

AFFA-nın dəstəyi ilə keçiriləcək olan turnir Bakı Su İdmanı Sarayında baş tutacaq. Ümumi mükafat fondu 10,000 AZN olan turnirdə iştirak pulsuzdur.

1-ci yer - 5,000 AZN
2-ci yer - 3,000 AZN
3-cü yer - 1,500 AZN
Bombardir - 500 AZN

Bütün yeniliklər və məlumatlar üçün səhifəmizi izləməyi və paylaşmağı unutmayın.

Səhifə: https://www.instagram.com/qirishma/

Əlaqə üçün: +994 (51) 229 55 56

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti