...

FIG Atletlər Komissiyasının üzvü Siyana Vasileva ilk dəfə onlayn formatda idmançılara vebinar keçib

İdman Materials 1 Sentyabr 2022 10:54 (UTC +04:00)
FIG Atletlər Komissiyasının üzvü Siyana Vasileva ilk dəfə onlayn formatda idmançılara vebinar keçib

Bakı. Trend:

Bu gün, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvü, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva, FIG Texniki Komitəsinin prezidenti Noha Abuşabana ilə birgə video-konfrans formatında idmançılar üçün onlayn vebinar keçirib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, vebinara dünyanın hər bir yerindən 30 nəfəri Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü olmaqla 600-dən çox gimnast qoşulub.

Sözügedən görüşdə Bolqarıstanın Sofiya şəhərində keçiriləcək dünya çempionatının və digər yarışların təşkili, FIG tərəfindən tanınan alətlər, gimnastika geyimləri və aksesuarlar, gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması, anti-dopinq, STS təhsil sistemi kimi müxtəlif mövzularda müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti