...

FIFA rəsmisi Elxan Məmmədov əfsanəvi futbolçu Marsel Desayi ilə görüşüb

İdman Materials 6 Sentyabr 2022 03:57 (UTC +04:00)
FIFA rəsmisi Elxan Məmmədov əfsanəvi futbolçu Marsel Desayi ilə görüşüb

Bakı. Trend:

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransa millisinin əfsanəvi futbolçusu Marsel Desayi ilə görüşüb.

Trend-in məlumatına görə, görüş ali futbol qurumunun Parisdə yerləşən ofisində baş tutub.

AFFA-nın sabiq vitse-prezidentinin qonağı olan veteran müdafiəçi onunla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, M.Desayi futbolçu karyerası ərzində ölkəsinin "Marsel", İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti